...

Türkiyədə və Almaniyada ümummilli lider Heydər Əliyevə həsr olunmuş bədii müsabiqə qaliblərinin işlərinin sərgisi keçiriləcək

Cəmiyyət Materials 9 May 2013 17:27 (UTC +04:00)
İstanbulda və Almaniyanın bəzi şəhərlərində "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" müsabiqənin qalibi olmuş gənc rəssamların işlərinin sərgisi keçiriləcək.
Türkiyədə və Almaniyada ümummilli lider Heydər Əliyevə həsr olunmuş bədii müsabiqə qaliblərinin işlərinin sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 9 may / Trend, müxbir A.Axundov /

İstanbulda və Almaniyanın bəzi şəhərlərində "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" müsabiqənin qalibi olmuş gənc rəssamların işlərinin sərgisi keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Bakıelektrikşəbəkə" (Azərbaycan paytaxtında elektrik enerjisinin paylanması və satışı) SC-nin rəhbəri Baba Rzayev müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib.

"Bakıelektrikşəbəkə" ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən müsabiqəni bu il martın beşində elan edib. Müsabiqədə iştirak etmək üçün rəssamlar 48 iş təqdim ediblər. Münsiflər heyətinin qərarına görə, bunlardan yalnız 23-ü gələcək sərginin eksponatları olacaq.

Bakıda bu işlər üzrə sərgi başa çatdıqdan sonra o, mayın 20-26-da İstanbulun Dolmabağça Muzeyinin Rəsm qalereyasında, eləcə də Almaniyanın müxtəlif şəhərlərində keçiriləcək.

Gənc rəssamlar Ayan Əziz, Turan Muxtarzadə və Nizar Məmmədov müsabiqənin qalibləri olublar. Onların hər biri 3500 manat məbləğində pul mükafatının sahibləri olublar. İkinci yeri tutan rəssamlar 2000 manat, üçüncü yeri tutanlar isə 1000 manat məbləğində mükafat alıblar. Bundan başqa, iştirakçılardan beş nəfəri 500 manat məbləğində həvəsləndirici mükafatlara layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti