...

Azərbaycanda alimlər üçün növbəti müsabiqə elan edilib

Cəmiyyət Materials 11 May 2013 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu 2013-cü il üçün 2-ci "Mobillik qrantı" müsabiqəsini elan edib.

Fonddan şənbə günü Trend-ə verilən məlumata görə, müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə proqramlarında iştirak etmək, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədi daşıyır.

"Mobillik qrantı" müsabiqəsi çərçivəsində hər biri 10 min manatadək olan qrantların verilməsi yolu ilə Azərbaycan alim və mütəxəssislərinin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə şifahi elmi məruzələrlə iştirakının, həmçinin alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi nəzərdə tutulur. Müsabiqənin qrant maliyyələşdirilməsinin cəmi həcmi 100 000 manat nəzərdə tutulub.

Müsabiqə 2013-cü ilin 1 avqust - 30 noyabr tarixləri arasında xaricdə keçirilən proqramlarında iştirakı əhatə edir. "Mobillik qrantı" müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə və elmi ad, yaş və s. kimi məhdudiyyətlər qoyulmur.

Fond sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarları da keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti