...

İran Urmiya gölündə yaşayan canlıların qorunması üçün gen bankı yaratmağı planlaşdırır

Cəmiyyət Materials 12 May 2013 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend/

İran Urmiya gölündə yaşayan Artemia urmiana balıq növünün qorunması üçün gen bankı yaratmağı planlaşdırır. Trend-in Mehr agentliyinə istinadən yaydığı xəbərdə deyilir ki, son quruma və geniş buxarlanma prosesi nəticəsində gölün suyunun azalması ilə Artemia urmiananın yaşaması təhlükə qarşısında qalıb.

Artemianın "yuxulayan" yumurta qoymaq qabiliyyəti onun balıqartırma müəssisələrində geniş istifadəsinə imkan verir. Çünki, sistaları uzun müddət saxlamaq və lazım olduqda istifadə etmək mümkündür.

Qeyd edək ki, İranın şimal-qərbində yerləşən Urmiya gölünün vəziyyəti son 50 il ərzində pisləşib və onun demək olar ki, 70 faizi quruyub.

Göldə suyun səviyyəsinin düşməsi 1995-ci ildən başlayıb.

Rəsmi məlumatlara görə, gölün bərpası üçün görülən bütün işlər effektsizdir.

Urmiya gölü son 4 il ərzində bataqlığa çevrilib.

Xatırladaq ki, sahəsi 5200 kvadrat kilometr olan Urmiya duzlu göl kimi böyüklüyünə görə, dünyada üçüncüdür.

Xəbər lenti

Xəbər lenti