...

Bu gün Bakının bəzi ərazilərində su qıtlığı yaşanır

Cəmiyyət Materials 13 May 2013 10:53 (UTC +04:00)
Bakıda yollarda aparılan təmir işləri ilə əlaqədar 2 rayonda su fasilələrlə veriləcək.
Bu gün Bakının bəzi ərazilərində su qıtlığı yaşanır

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

Bakıda yollarda aparılan təmir işləri ilə əlaqədar 2 rayonda su fasilələrlə veriləcək.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindan Trend-ə verilən məlumata görə, Bakı şəhəri Moskva prospektində yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar ərazidən keçən magistral su xəttinin yeri dəyişdirilib.

Hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar mayın 13-də gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti