...

Arzu Rəhimov işğal altındakı rayonların sakinlərini qəbul edəcək

Cəmiyyət Materials 13 May 2013 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov mayın 18-i saat 09:00-da Xidmətin Aparatının inzibati binasında (Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva, 30) Zəngilan, Cəbrayıl, Qubadlı, Şuşa, Laçın, Xocalı və Kəlbəcər rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların mayın 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti