...

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib

Cəmiyyət Materials 14 May 2013 18:48 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komitəsi 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir.
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib

Azərbaycan, Bakı, 14 may /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komitəsi 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir.

Komitədən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

İmtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları "Elektron ərizə"ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 2013-cü il 22, 23, 24 may tarixlərində saat 10:00-dan 17:00-dək aparılacaq.

İmtahanda iştirak etmək hüququna 2013-cü il may ayının 15-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.

Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunur. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər. Test imtahanı 2013-cü il mayın 29-da keçiriləcək. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytından çap edib götürəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti