...

Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev II Fəxri xiyabanda torpağa tapşırılıb

Cəmiyyət Materials 17 May 2013 16:39 (UTC +04:00)
Trend-in məlumatına görə, ötən gün vəfat edən Ağayevlə bu gün Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilib. Milli Qəhrəmanla vida mərasimində müdafiə naziri Səfər Əbiyev, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabit heyəti, millət vəkilləri iştirak ediblər.
Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev II Fəxri xiyabanda torpağa tapşırılıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev II Fəxri xiyabanda torpağa tapşırılıb.

Trend-in məlumatına görə, ötən gün vəfat edən Ağayevlə bu gün Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilib. Milli Qəhrəmanla vida mərasimində müdafiə naziri Səfər Əbiyev, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabit heyəti, millət vəkilləri iştirak ediblər.

Qeyd edək ki, Daxili Qoşunlarda çalışan Milli Qəhrəman Ağayev xidməti tapşırığını yerinə yetirmək üçün Lənkərana səfər edib və ürək tutmasından orada dünyasını dəyişib.

Eldar Ağayev 1955-ci il sentyabr ayının 29-da Gürcüstanın Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlib. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olub, 1976-cı ildə motoatıcı ixtisası ilə Qusev şəhərində hərbi xidmətə başlayıb.
Ağayev 1984-1986-cı illərdə Əfqanıstanda motoatıcı bölüyün kəşfiyyat rəisi, sonra isə komandiri olub. Daha sonra tank alayının rəisi və Drezden kəşfiyyat taboruna komandir təyin edilib. O, 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində alay komandiri kimi xidmət edib. Ağayevin taboru 1995-ci il dövlət çevrilişinin qarşısının alınmasında iştirak edib.

Ağayev Sovet Ordusunda "Qırmızı Ulduz", "İgidliyə görə" ordenləri, Qarabağ döyüşlərində iştirak etdiyi üçün "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar Əsgər oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti