Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində növbəti tədris ili üçün xarici ölkələrin ali məktəblərində təhsil almaq istəyən azərbaycanlı gənclərin sənəd qəbuluna başlanılır.
Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, sənəd qəbulu 22 may-15 avqust tarixlərində həyata keçiriləcək.
Sənəd qəbulu Təhsil Nazirliyi tərəfindən aparılacaq.