...

Sabah Azərbaycanda buludlu hava şəraiti müşahidə ediləcək

Cəmiyyət Materials 21 May 2013 13:50 (UTC +04:00)
Sabah Azərbaycanda dəyişkən buludlu hava şəraiti hökm sürəcək.
Sabah Azərbaycanda buludlu hava şəraiti müşahidə ediləcək

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda dəyişkən buludlu hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, mayın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 22-də əsasən cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti