Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Tağıyeva/
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq İstanbulda bir sıra dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə "CNN Türk" telekanalı xəbər yayıb.
Məlumata görə, İstanbulda reyslərin təxirə salınmasına səbəb tufan xəbərdarlığıdır.
Məlumatda bildirilir ki, əsasən mayın 24-ə planlaşdırılan reyslər təxirə salınıb. Onların digər tarixlərə keçirilməsi barədə məlumat verilmir. Sinoptiklər xəbərdarlıq edirlər ki, əlverişsiz hava şəraiti İstanbul ərazisində öz təsirini hələ iki gün də saxlayacaq.