...

Bu il Azərbaycanda Avro 3 standartının tətbiqinə başlana bilər

Cəmiyyət Materials 29 May 2013 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir M.Əliyev/

Bu il Azərbaycanda Avro 3 standartının tətbiqinə başlana bilər.

Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Həsənovun sözlərinə görə, Avro 3 standartı qəbul olunsa da, bunun tətbiqi uzun proses olduğundan vaxtı müəyyənləşməlidir: "Bu məsələ həm avtomobillərə, həm də bizdə istehsal olunan yanacaqlara aiddir və proses bərabər getməlidir".

O hesab edir ki, Azərbaycan Dövlət Neft Şirkəti də Avro 3-ün tətbiqinə hazırdır.

Həsənov qeyd edib ki, satışa çıxarılan yanacaqların monitorinqi qrafik üzrə həyata keçirilir. O, aparılan monitorinqlərin nəticəsi olaraq ciddi çatışmazlıqların şahidi olmadıqlarını da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti