...

Ural regionunda ilk Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Cəmiyyət Materials 30 May 2013 17:31 (UTC +04:00)
Ural regionunda ilk Azərbaycan Araşdırmalar Mərkəzi Yekaterinqburda Ural Federal Universitetinin bazasında yaradılıb.
Ural regionunda ilk Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Azərbaycan, Bakı, 30 may /Trend/

Ural regionunda ilk Azərbaycan Araşdırmalar Mərkəzi Yekaterinqburda Ural Federal Universitetinin bazasında yaradılıb. Bu barədə Trend cümə axşamı İTAR-TASS-a istinadən məlumat verir.

Yeni struktur Bakı Slavyan Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Məlumata görə, yeni struktur Azərbaycan araşdırmalarını regiona inteqrasiya edən regional mərkəz olmalıdır. Bundan başqa, mərkəzdə Azərbaycan dili və ədəbiyyatı tədris ediləcək. Bakı Slavyan Universiteti mərkəz üçün zəruri ədəbiyyat və texnikanı, həmçinin Azərbaycan dili və ədəbiyyatı mütəxəssislərini göndərmək öhdəliyini öz üzərinə götürüb.

Bundan əlavə, Ural və Azərbaycan universitetləri "Xarici regionşünaslıq" birgə magistr proqramını həyata keçirməyə başlayırlar. Bu ilin yayında birgə proqram üzrə tədris üçün ilk seçimin aparılacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti