Azərbaycan, Bakı, 31 may /Trend/
Hər il 31 May Ümumdünya Səhiyyə Təşkilatı öz tərəfdaşları ilə birlikdə tütün istifadəsinin insan sağlamlığına zərərləri və tütün istehlakını azaltmaq üçün effektiv siyasət həyata keçirilməsi təşəbbüsü ilə çıxış edir.
Tütün istifadəsi XX əsrdə 100 milyondan artıq insanın həyatına son qoyub. Tütün hər il 6 milyondan çox insanı tələf edir, 600 000 insan isə passiv siqaret istifadəçisidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, lazımi tədbirlər görülməzsə, 2030-cu ilə qədər hər il 8 milyondan artıq insan bu epidemiyanın qurbanı olacaq.
Daha ətraflı AZERNEWS onlayn qəzetinin 31 may çap buraxılışında oxuya bilərsiniz.
Yeni sayda, həmçinin, oxucular Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və"Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun təfərrüatları, Dövlət Neft Fondunun valyuta portfelini yenilənməsi, iyunda Bakıda keçiriləcək Şairlər Günü və Azerbaijan Art Festival-2013 kimi mədəni tədbirlər və digər maraqlı məqalələrlə tanış ola bilərlər.
AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Fenvik isə oxucuları düzgün qidalanma qaydaları ilə tanış edəcək.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.