...

Qeyri-çimərlik ərazilərində çimən insanlar çərimələnə bilər

Cəmiyyət Materials 1 İyun 2013 12:04 (UTC +04:00)
Qeyri-çimərlik ərazilərində çimən insanlara qarşı çərimələr tətbiq oluna bilər.
Qeyri-çimərlik ərazilərində çimən insanlar çərimələnə bilər

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir E.Mehdiyev/

Qeyri-çimərlik ərazilərində çimən insanlara qarşı çərimələr tətbiq oluna bilər.

Bunu jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin rəis müavini Bəxtiyar Həsənov deyib ki,

O qeyd edib ki, bununla bağlı təkliflər hazırlanır: "Biz istəyik ki, qeyri-çimərlik ərazilərindən istifadə edən, çimərliklərə sərxoş halda gələn və təhlüksizlik qaydalarına əməl etməyən insanlara çərimələr tətbiq olunsun. Bununla bağlı təkliflər hazırlayırıq"

B.Həsənov bildirib ki, Fövqəladə Hallar Nazirliyi insanları qeyri-çimərlik ərazilərində çimməkdən çəkindirmək üçün müxtəlif təbliğati işlər aparır.

Xidmətin rəis müavini əlavə edib ki, 2013-cü ilin 5 ayi ərzində FHN-nin xilasediciləri tərəfindən qeyri- çimərlik ərazilərində çimən 141 nəfər insan xilas olunub, 11 nəfərin həyatını isə xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti