...

Sabah iki rayonda içməli su olmayacaq

Cəmiyyət Materials 3 İyun 2013 16:30 (UTC +04:00)
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə əlaqədar Kür su kəmərləri sisteminin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində magistral xətlərdən birinin yeri dəyişdirilir.
Sabah iki rayonda içməli su olmayacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Sabah bəzi yerlərdə içməli su olmayacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə əlaqədar Kür su kəmərləri sisteminin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində magistral xətlərdən birinin yeri dəyişdirilir.

Bununla əlaqədar 4 iyun 2013-cü il tarixdə saat 00:00-dan başlayaraq Hacıqabul rayonunun və Bakı şəhəri Qaradağ rayonunun bəzi yerlərinə içməli suyun verilməsi 30 saat müddətinə dayandırlacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti