...

Ötən həftə Bakıda yol qəzalarının sayı artıb

Cəmiyyət Materials 3 İyun 2013 17:06 (UTC +04:00)
Ötən həftə ərzində Bakıda baş vermiş 23 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 35 nəfər xəsarət alıb.
Ötən həftə Bakıda yol qəzalarının sayı artıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Ötən həftə ərzində Bakıda baş vermiş 23 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 35 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, daha öncəki həftə ilə müqayisədə ötən həftə 3 ölüm azalıb, 9 yol-nəqliyyat hadisəsi və 11 xəsarət halı atrıb.

Yol verilən qanun pozuntularına görə, yol polisi əməkdaşları tərəfindən ötən həftə ərzində Bakı şəhəri üzrə 7765 inzibati protokol tərtib edilib:

"Bunlardan 40-ı avtomobilin sərxoş halda idarə edilməsinə görə, 168-i işıqforun qırmızı işığında dayanmadığına görə, avtoxuliqanlığa görə 3, sürət həddinin aşılmasına görə 1528, avtomobilin sürücülük vəsiqəsi olmadan idarə edilməsinə görə 42, ötmə, manevretmə qaydalarının pozulmasına görə 55, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 517, avtomobilin nömrəsiz idarə edilməsinə görə 33, sərnişindaşıma qaydalarının pozulmasına görə 57 inzibati protokol tərtib edilib. Bundan əlavə, yol hərəkəti qaydalarını pozduğuna görə 54 piyada barəsində inzitbati qaydada protokol tərtib edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti