...

Vətəndaşlar Azad Rəhimova güzəştli ipoteka krediti almaq üçün müraciət ediblər (FOTO)

Cəmiyyət Materials 4 İyun 2013 17:21 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şirvan şəhər Mədəniyyət Mərkəzində keçirilən qəbulda Şirvan şəhəri, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından 40-dan çox vətəndaş iştirak edib.
Vətəndaşlar Azad Rəhimova güzəştli ipoteka krediti almaq üçün müraciət ediblər (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

Gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şirvan şəhər Mədəniyyət Mərkəzində keçirilən qəbulda Şirvan şəhəri, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından 40-dan çox vətəndaş iştirak edib.

Müraciət edən vədəndaşların çoxu güzəştli ipoteka krediti almaq (12 nəfər) və idman sahəsində fəxri ad almaq (10 nəfər) üçün kömək istəyib. Qalan vətəndaşlar isə rayonlarda gənclər mərkəzinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi xahişi ilə, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirləri də iştirak ediblər.

Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb. Nazir Azad Rəhimov digər məsələlərin Bakıda araşdırılması və vətəndaşların müraciətlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbuldan sonra nazir Azad Rəhimov Şirvan şəhərinin, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti