...

Azərbaycan telekanallarına maliyyə vəsaiti ayrıldı

Cəmiyyət Materials 6 İyun 2013 15:50 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının cümə axşamı növbəti iclası keçirilib.
Azərbaycan telekanallarına maliyyə vəsaiti ayrıldı

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir M.Əliyev/

Milli Televiziya və Radio Şurasının bu gün növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə edilib.

Müzakirələrə uyğun olaraq iclasda milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə "Azad Azərbaycan Teleradio Kompaniyası"na, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Kompaniyası"na, "Xəzər TV" MMC-yə və "ANS Müstəqil Yayım və Media Şirkəti"nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 min manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti