...

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Cəmiyyət Materials 7 İyun 2013 12:52 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.
Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova cümə günü Trend-ə bildirib ki, iyunun 8-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti olacaq. Hava arabir tutulacaq, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyunun 8-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

G.Məmmədova deyib ki, iyunun 7-9 da respublikanın dağlıq və dağətəyi rayonlarında gözlənilən yağışlı və küləkli hava şəraiti payızlıq dənli bitkilərin gövdələrinin yerəyatma sahəsini artıracaq. Payızlıq dənli bitkilərdə məhsulların yığımı üçün şərait bir qədər çətin olacaq. Nisbətən yüksək temperatur rejimi kənd təsərrüfatı bitkilərinin boy atması və inkişafının sürətlənməsini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti