...

Antonius Bruk: BMT Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımları təqdir edir

Cəmiyyət Materials 14 İyun 2013 12:02 (UTC +04:00)
“BMT həqiqətən də Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımları təqdir edir. Və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirir”.
Antonius Bruk: BMT Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımları təqdir edir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

"BMT həqiqətən də Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımları təqdir edir. Və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirir". Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk Azərbaycan Respublikası Qadınlarının IV qurultayında çıxıçı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan gender bərabərliyi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yüksək formada həyata keçirir. A.Bruk bildirib ki, hər yerdə olduğu kimi Azərtbaycanda da bu sahədə görüləcək işlərin sayı çoxdur. Bununla bağlı hazırda fəaliyyət aparılır. Onun sözlərinə görə, gender bərabərliyi üçün atılması lazım olan bütün addımlar Azərbaycanda reallaşır. A.Bruk deyib ki, Azərbaycanın qəbul etdiyi proqramların qətiyyətlə həyata keçməsi qadınların rolu olmadan mümkün olmazdı. BMT də bu sahədə işlərin aparılmasında daim Azərbaycan qadınları ilə birgə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti