...

Azərbaycanlı tələbələr Beynəlxalq Olimpiya Akademiyasının sessiyasında iştirak edirlər

Cəmiyyət Materials 19 İyun 2013 13:55 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Beynəlxalq Olimpiya Akademiyası arasında Olimpiya təhsili sahəsində əməkdaşlığa dair razılığa əsasən, iyun ayının 11-dən 25-dək Beynəlxalq Olimpiya Akademiyası tərəfindən Afinada təşkil edilən Gənc İştirakçıların 53-cü Sessiyasında iştirak etmək məqsədi azərbaycanlı tələbələr dəvət olunmuşlar.
Azərbaycanlı tələbələr Beynəlxalq Olimpiya Akademiyasının sessiyasında iştirak edirlər

Azərbaycan, Bakı, 19 iyun /Trend /

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Beynəlxalq Olimpiya Akademiyası arasında Olimpiya təhsili sahəsində əməkdaşlığa dair razılığa əsasən, iyun ayının 11-dən 25-dək Beynəlxalq Olimpiya Akademiyası tərəfindən Afinada təşkil edilən Gənc İştirakçıların 53-cü Sessiyasında iştirak etmək məqsədi azərbaycanlı tələbələr dəvət olunmuşlar. Bu barədə çərşənbə günü Gənclər və İdman Nazirliyindən daxil olan məlumatda deyilir.

Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4 tələbəsi və 1 müəllimi, o cümlədən 1 məşqçi Afinaya ezam olunmuşlar.

Sessiyada tələbələr "Olimpiya dəyərləri", "Olimpizm və sülh", "Olimpizm və humanizm dəyərləri", "Olimpiya hərəkatının tarixi", "Olimpiya təhsili" və digər mövzularda mühazirələr dinləyir, seminarlarda iştirak edirlər.

İyunun 12-də tədbirin açılış mərasimi keçirilmiş, iştirakçı ölkələrin təqdimatı olmuşdur. Afinanın tarixi yerləri ilə qısa tanışlıqdan sonra iştirakçılar qədim Olimpiya kəndinə yola düşmüşlər. İngilis dilində təşkil edilmiş bu tədbirin əsas proqramı məhz Olimpiya kəndində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti