...

BMT-nin rezident əlaqələndiricisi: Son 10 ildə Azərbaycan öz dinamik inkişafı ilə gələcəyi qabaqlayıb

Cəmiyyət Materials 21 İyun 2013 17:09 (UTC +04:00)
Son 10 ildə Azərbaycan öz dinamik inkişafı ilə gələcəyi qabaqlayıb. Trend-in məlumatına görə, bunu Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələri ilə bağlı keçirdiyi konfransda çıxışı zamanı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk bildirib.
BMT-nin rezident əlaqələndiricisi: Son 10 ildə Azərbaycan öz dinamik inkişafı ilə gələcəyi qabaqlayıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.Mehdiyev/

Son 10 ildə Azərbaycan öz dinamik inkişafı ilə gələcəyi qabaqlayıb. Trend-in məlumatına görə, bunu Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələri ilə bağlı keçirdiyi konfransda çıxışı zamanı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk bildirib.

O bildirib ki, Azərbaycanda davamlı iqtisadi inkişaf üçün şərait və strategiya var: "Məhz bunun nəticəsində Azərbaycanda yoxsulluğun azaldılması vaxtından əvvəl təmin edilib".

Bruk qeyd edib ki, Azərbaycan 2020-ci ildən sonrakı inkişafa dair milli dialoqlara başlamış 87 ölkəyə qoşulub: "Son 3 ayda Azərbaycan xalqının yaşamaq istədiyi dünyaya dair baxışlarını müəyyən etmək üçün 2400-dən artıq insanla 237 görüş keçirilib, onların 2020-ci ildən sonrakı inkişafı necə görmələri barədə fikirləri və təklifləri dinlənilib".

Bruk deyib ki, Minilliyin İnkişaf Məqsədləri bizim beynəlxalq əlaqələrimizin inkişafına böyük təsir göstərir. Bu proqram çərçivəsində dünyada yoxsulluğun, aclığın, ölüm hallarının azaldılması, uşaqların ibtidai təhsilə cəlb olunması kimi mühüm məqsədlər qoyulub: "Bu məqsədlərin çoxuna da demək olar ki, nail olunub. İnsanların içməli suya çıxışına gəlincə, artıq iki milyard insanın içməli suya çıxışı təmin edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti