...

Səhiyyə müəssisələrində mərkəzləşdirilmiş qaydada işə qəbula dair növbəti imtahan keçirilib

Cəmiyyət Materials 27 İyun 2013 17:05 (UTC +04:00)
Bu gün Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrində mərkəzləşdirilmiş qaydada işə qəbula dair növbəti imtahan keçirilmişdir.
Səhiyyə müəssisələrində mərkəzləşdirilmiş qaydada işə qəbula dair növbəti imtahan keçirilib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrində mərkəzləşdirilmiş qaydada işə qəbula dair növbəti imtahan keçirilmişdir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Mərkəzləşdirilmiş qaydada işə qəbulun əsas məqsədi hər bir namizədin bilik və peşə bacarığını, ümumi dünyagörüşünü, tibb müəssislərində işləmək bacarığının səviyyəsini müəyyən etməkdən ibarətdir.

Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub. Onlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb. İştirakçıların sayı nəzərə alınmaqla işə qəbul imtahanlarının 27 iyin, 2 iyul və 4 iyil 2013-cü il tarixlərində keçirilməsi planlaşdırılıb. Bu gün 27.06.2013-cü il tarixində keçirilmiş imtahanda 90 nəfər iştirak edib.

Növbəti imtahanlar 2 iyul və 4 iyul tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti