...

YUNESKO-nun baş direktoru Gəncə şəhərinin 4000 illiyi münasibətilə müraciət yayıb

Cəmiyyət Materials 29 İyun 2013 01:06 (UTC +04:00)
Mən böyük məmnunluqla Azərbaycan xalqını qədim Gəncə şəhərinin təməlinin qoyulmasının 4000 illik yubileyi münasibətilə təbrik edirəm. Trend-in məlumatına görə, bunu YUNESKO-nun baş direktoru İrina Bokova yaydığı müraciətdə deyib.
YUNESKO-nun baş direktoru Gəncə şəhərinin 4000 illiyi münasibətilə müraciət yayıb

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Mən böyük məmnunluqla Azərbaycan xalqını qədim Gəncə şəhərinin təməlinin qoyulmasının 4000 illik yubileyi münasibətilə təbrik edirəm. Trend-in məlumatına görə, bunu YUNESKO-nun baş direktoru İrina Bokova yaydığı müraciətdə deyib. Məlumatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yayıb.

Onun sözlərinə görə, ipək yolunun qovşağında yerləşən Gəncə şəhəri bu yol boyu mövcud olan ticari və mədəni mübadilə ilə dialoqların qurulmasında böyük rol oynayıb.

"Gəncə uzun zamandır YUNESKO-nun ideyası olan dialoq və qarşılıqlı anlaşmanın əsasında duran bilik, elm və müxtəlif insanların tolerantlığının qovşağı olub. Bu ruh Gəncənin daima filosoflar, şairlər, alimlər məkanı olmasını sübut edib. Təsadüfi deyil ki məhz, dahi Nizami Gəncəvi və Məhsəti Gəncəvi burada yaşayıb və yaradıb. YUNESKO xüsusən bu il Məhsəti Gəncəvinin 900 illiyi çərcivəsində təşkilatın Parisdə yerləşən Baş Ofisində silsilə tədbirlərin keçirilməsindən məmnundur" - deyə Bokova vurğulayıb.

Baş direktor əlavə edib ki, Gəncənin zəngin irsi və tarixi onun sakinlərini bir çox çətinliklər qarşısında güclü və möhkəm edib. Bu gün üçün Gəncə şəhəri Mərkəzi Asiya və Aralıq dənizi arasında yerləşən Qafqaz da daxil olmaqla, daha geniş bir coğrafiyada aparıcı yer tutur.

Qeyd edilməlidir ki, Gəncə şəhərinin 4000 illik yubiley tədbirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının himayəsi və rəhbərliyi ilə reallaşdırılır və bu yaxınlarda Bakıda təqdimatı keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti