...

"Victory Tour" turizm agentliyi Azərbaycan üzrə kulinariya turları təqdim edir (FOTO)

Cəmiyyət Materials 29 İyun 2013 12:22 (UTC +04:00)
2005-ci ildən fəaliyyət göstərən “Victory Tour" şirkəti, daxili və gəlmə turizminin inkişafı məqsədilə “Explore Azerbaijan” layihəsinə start vermiş və bu layihə çərçivəsində “Kulinariya turları”-nı yaratmışdır. 2012-ci ildə həmin turlardan biri Şimal zonası Quba-Qusar rayonlarına media və yerli turizm şirkətləri üçün təqdim edilib.
"Victory Tour" turizm agentliyi Azərbaycan üzrə kulinariya turları təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

2005-ci ildən fəaliyyət göstərən "Victory Tour" şirkəti, daxili və gəlmə turizminin inkişafı məqsədilə "Explore Azerbaijan" layihəsinə start vermiş və bu layihə çərçivəsində "Kulinariya turları"-nı yaratmışdır. 2012-ci ildə həmin turlardan biri Şimal zonası Quba-Qusar rayonlarına media və yerli turizm şirkətləri üçün təqdim edilib.

Bu dəfə, 22-23 iyun tarixlərində Cənub zonasının mətbəxilə tanışlıq məqsədi ilə, yerli turizm şirkətləri və media nümayəndələri üçün, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Səlyan-Neftçala-Masallı-Lənkəran şəhərlərinə kulinariya infoturu təşkil edilib.

İnfotur zamanı iştirakçılar Neftçala rayonunda yerləşən "Xıllı nərə balığı artırma zavodu"-nu ziyarət etmişlər və burada aparılan nərə balıqlarının artırılması texnologiyası ilə tanış olublar.

Sonra Səlyan şəhərinə üz tutan iştirakçılar yerli tanınmış aşpaz Əfsərağa Əsgərov tərəfindən "Şah balıq" yeməyinin hazırlanması prosesi ilə tanış olublar.

Daha sonra iştirakçılar Lənkəran şəhərinə yollanaraq, orada yerləşən istirahət komplekslərinin birində yerli aşpazlar tərəfindən təqdim olunmuş Lənkəran zonasına aid olan yeməklərin hazırlanma prosesi ilə tanış olublar.

Günün sonunda "Victory Tour" şirkətinin rəhbəri Vüsal Haciyev tərəfindən "Explore Azerbaijan" layihəsinin yenilənmiş www.exploreazerbaijan.com saytının prezentasiyasını keçirmişdir. Prezentasiya zamanı, qeyd olunan saytın vasitəsilə xarici turistlərin Azərbaycana səfər etməsi üçün turların rahat şəkildə təşkil edilməsi qeyd olunmuşdur. Bundan əlavə, saytda Azərbaycanın tarixi, mədəniyyəti, ölkədə keçirilən tədbirlər və digər faydalı məlumatlar əldə etmək olar. Saytın gözəl dizaynı və istifadəsində rahat funksionallığı iştirakçılar tərəfindən xüsusi vurğulanmışdır.

Növbəti gün, iştirakçılar Masallı şəhərinə yola düşmüş və orada sacda hazırlanmış yerli mətbəxə məxsus olan yeməklərlə tanış olmuşdular.

İnfotur zamanı bütün hazırlanmış yeməklər iştirakçılar tərəfindən vəcdə ilə qarşılanmışdır.

"Victory Tour" şirkətinin daxili turizm departamentinin əmakdaşi Niftulla Nəcəfovun sözlərinə görə, Azərbaycanın müxtəlif bölgələrində kulinariya turlarının yaradılmasının əsas məqsədi, xarici turistləri regionlarımıza məxsus olan zəngin milli mətbəxti ilə yaxından tanış etmək, bununla da, Azərbaycanın qədim tarixini və mədəniyyətini bu vasitə ilə nümayiş etdirməkdir.

Ətraflı məlumat:
Niftulla Nəcəfov,
Daxili turizm şöbəsinin əməkdaşı
Tel: 012 437 90 90 (ext. 215); 050 270 00 63
[email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti