...

Bakıda iş adamını qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb

Cəmiyyət Materials 1 İyul 2013 16:41 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan paytaxt sakini Yusif Qarayevin cinayət işi üzrə məhkəmə başlayıb.
Bakıda iş adamını qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir A.Məmmədov/

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan paytaxt sakini Yusif Qarayevin cinayət işi üzrə məhkəmə başlayıb. Trend-in məlumatına görə, təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı iyulun 2-nə təyin edilib.

Yusif Qarayev 2013-cü il yanvarın 19-da Bakının Nəsimi rayonu, Xətai prospektində yerləşən inşaat mağazasının sahibi Fuad İsmayılovu bıçaqlayaraq qətlə yetirib.

Qətli törətməkdə təqsirli bilinən Yusif Qarayev daha sonra Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə gələrək, könüllü olaraq təslim olub və cinayəti törətdiyini etiraf edib.

İstintaq araşdırması zamanı müəyyən edilib ki, qanlı cinayət hadisəsi pul üstündə baş verib. Belə ki, Yusif Qarayev mərhumun mağazasında fəhlə işləyib. İləşdiyi dövrdə Fuad İsmayılovun Yusif Qarayevə 187 manat verəcəyi olub. Lakin sonradan Fuad İsmayılov həmin məbləğdə yaranan borcu ödəməyib. Buna görə də onların arasında dəfələrlə mübahisə yaranıb. Sonuncu dəfə də eyniməzmunlu mübahisə qanlı cinayətin baş verməsi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti