Azərbaycan, Bakı, 2 iyul /Trend/
Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun köməkçisi Valeh Səmədov, Baş Prokurorluğun Təşkilat-Analitik idarəsinin prokuroru Zakir Müslümov və Laçın rayon prokuroru Mübariz Bayramov tutduqları vəzifələrdən azad edilərək, müvafiq olaraq, Quba, Şamaxı və Şabran rayon prokuroru vəzifələrinə təyin ediliblər.