...

İran əhalisinin sayı 2,9 faiz artıb

Cəmiyyət Materials 6 İyul 2013 15:35 (UTC +04:00)
İranda əhalinin sayı cari ilin I rübü ərzində (İranda il martın 21-də dəyişir) ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 76 milyon 700 min nəfərə çatıb.
İran əhalisinin sayı 2,9 faiz artıb

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Cəfərov/

İranda əhalinin sayı cari ilin I rübü ərzində (İranda il martın 21-də dəyişir) ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 76 milyon 700 min nəfərə çatıb. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Əhalinin siyahıya alınması bürosunun direktoru Əli Əkbər Məhzun bu gün keçirdiyi mətbuat konfransında deyib.

Məhzunun sözlərinə görə, ölkə vətəndaşlarının 51 faizini kişilər, 49 faizini isə qadınlar təşkil edir: "Əhalinin 70 faizi 15-64 yaşlı şəxslərdir".

O, əlavə edib ki, ölkədə cari ilin ilk üç ayı ərzində 341 min 400 nəfər uşaq doğulub ki, onlardan 175 min 579 nəfəri oğlan, 165 min 821 nəfəri isə qızdır.

Məhzun bildirib ki, ən çox uşaq Sistan və Bəluçistan, Cənubi Xorasan, Kohgiluyə və Boyer-Əhməd əyalətlərində, ən az isə Tehran, Mazandaran və Gilan əyalətlərində doğulub: "Bu dövrdə İranda ölənlərin sayı 90 min 108 nəfər təşkil edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti