...

Amnistiya aktının Penitensiar xidmət üzrə icrası yekunlaşmaq üzrədir

Cəmiyyət Materials 9 İyul 2013 11:04 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə elan edilmiş amnistiya aktının Penitensiar xidmət üzrə icrası yekunlaşmaq üzrədir.
Amnistiya aktının Penitensiar xidmət üzrə icrası yekunlaşmaq üzrədir

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə elan edilmiş amnistiya aktının Penitensiar xidmət üzrə icrası yekunlaşmaq üzrədir.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iyulun 9-u tarixinədək aministiya aktı Penitensiar xidmət üzrə 2 268 nəfərə şamil olunub.

Onlardan 2 220 nəfəri azadlığa buraxılıb. Aktın şamil edildiyi 248 nəfərin isə cəzalarının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Artıq bu sənədlərdə də əksini tapıb və onların cəza müddətinin sonu dəyişdirilib. Hazırda Amnistiya aktının icrası davam etdirilir.

Ümumilikdə, Penitensiar Xidmət üzrə Amnistiya aktının icrası nəzərdə tutulan 4 ay müddətindən daha tez başa çatacaq.

Amnistiya Qərarının icrası Penitensiar Xidmətin müvafiq komissiyasının, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatının, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.

Qeyd edək ki, öncədən Penitensiar Xidmət üzrə amnistiya aktının 2600-2700 nəfərə tətbiq olunacağı elan edilmişdi. Aktın şamil olunacağı digər şəxslər əsasən məhkəmələr tərəfindən barələrində məcburi müalicə qərarı verilənlərdir.

Xatırladaq edək ki, mayının 7-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlament tərəfindən qəbul edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarla 9000-dən çox şəxsin müxtəlif cəzalardan azad olunması gözlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti