Azərbaycan, Bakı, 11 iyul /Trend/
Boston marafonu zamanı partlayışları törətməkdə şübhələnilənlərdən biri Coxar Tsarnaev çərşənbə günü təqdim edilmiş ittihamları rədd edib.
Trend -in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Massaçusets Federal məhkəməsi Tsarnayevə qarşı 30 bənddən ibarət ittihamlar irəli sürüb.
Məhkəmənin növbəti dinləmələri sentyabr ayının 23-nə təyin olunub.