Azərbaycan, Bakı, 12 iyul / Trend, S.Əhmədova /
Bakıda bayram konserti və atəşfəşanlıq təşkil olunacaq.
Trend-in Bakı Şəhər İcra Hakimiyyətinə istinadən verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimmiyyəti müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü münasibətilə iyulun 14-də saat 21-də Milli Parkda saat qülləsinin yanında bayram konserti və atəşfəşanlıq təşkil edəcək.