...

Azərbaycanın qızıl hasilatında artımın olacağı proqnozlaşdırılır

Cəmiyyət Materials 13 İyul 2013 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir E.Əliyev/

Azərbaycanda qızıl istehsalı ilə məşğul olan "Anglo-Asian Mining plc" şirkəti 2013-cü ilin ikinci rübünün yekunlarına görə "Gədəbəy" qızıl-mis mədənindən 8322 unsiya qızıl hasil edib. Trend-in məlumatına görə, bu barədə şirkətin yaydığı hesabatda bildirilir.

Şirkətin hesabatına görə, 2013-ci ilin birinci yarısında şirkət 93 ton mis, 9875 unsiya gümüş istehsal edib.

Xatırladaq ki, 2013-cü ilin birinci rübü ərzində "Anglo-Asian Mining" 8725 unsiya qızıl satıb. Orta hesabla qızılın unsiyası 1638 ABŞ dollarına satılıb.

"Anglo-Asian Mining plc" şirkəti tərəfindən "Gədəbəy" mədənindən 50215 unsiya qızıl, 20133 unsiya gümüş və 502 ton mis hasil edilib.

"Anglo Asian Mining Plc" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanın cənub-qərbindəki altı yataqda - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir.

Azərbaycan hökuməti ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51 faiz, Böyük Britaniyanın "Anglo-Asian Mining plc" şirkətinin pay hissəsi isə 49 faizdir.

Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti