...

III qrup üzrə keçirilən imtahandan 25 abituriyent qovulub

Cəmiyyət Materials 15 İyul 2013 16:07 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanından 25 abituriyent xaric edilib.
III qrup üzrə keçirilən imtahandan 25 abituriyent qovulub

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanından 25 abituriyent xaric edilib.

Komissiyadan Trend-ə verilən məlumata görə, həmin abituriyentlər müxtəlif binalarda müxtəlif qayda pozuntularına yol verib, o cümlədən imtahan binasına mobil telefonla keçməyə cəhd, imtahanın gedişinə mane olduqlarına və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric ediliblər. Onların imtahan nəticələri ləğv olunub.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində aparılıb.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir.

Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti