Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İzzət/
Bu ilin 6 ayı ərzində Azərbaycan ərazisində 16 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə və ya 45% çoxdur.
Trend-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, partlayışlar zamanı 4 nəfər həlak olub, 14 nəfər xəsarət alıb.
Məlumata görə, partlayışların 11-i fərdi yaşayış evində, 2-si çoxmənzilli yaşayış binasında, 1-i sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 1-i istehsalat obyektlərində, 1-i isə ölkədaxili qaz-boru kəmərlərində baş verib.