Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası ölkədə Beynəlxalq Elmi Laboratoriya yaratmağa hazırlaşır.
Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda sərhədsiz elmə əsaslanan elmi laboratoriya olmalıdır:
"Bu gün elm mərkəzlərinin və istitutlarımızın beynəlxalq əlaqələri olduqca genişdir. Ancaq indi qarşımıza məqsəd qoyulub ki, Beynəlxalq Elmi Laboratoriya yaradılmalıdır. Bunu başqa dövlətlə şərikli yaratmaq istəyirik. UNESCO-nun köməyi ilə bu məqsədə nail olmağa çalışırıq. Biz istəyirik ki, Azərbaycanın da beynəlxalq elmi mərkəzi olsun".