...

AMEA-da yeni institut yaradılacaq

Cəmiyyət Materials 18 İyul 2013 12:07 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında yeni neft institutunun yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu AMEA prezidneti Akif Əlizadə deyib. Onun sözərinə görə, Azərbaycan neft diyarı olduğu üçün belə instututun yaradılması vacibdir.
AMEA-da yeni institut yaradılacaq

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasında yeni neft institutunun yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu AMEA prezidneti Akif Əlizadə deyib. Onun sözərinə görə, Azərbaycan neft diyarı olduğu üçün belə instututun yaradılması vacibdir.

A.Əlizadə deyib ki, artıq bu təklifə dəstək verilib. Hazırda Prezident Administrasiyasında bununla bağlı xüsusi sərəncamlara baxılır.

Akademiya prezidenti bu institutun yaxın zamanlarda yaradıla biləcəyini də söyləyib.

O, əlavə edib ki, AMEA-da dünya siyasətini öyrənən bir qurum da yaratmaq istəyirlər: "Görək, bu dəstəklənəcəkmi? Hesab edirəm ki, akademiyada yeni vacib olan qurumlar yaradılmalıdır".

Akademik bildirib ki, AMEA-nın institutlarınn boş qalan direktor vəzifələrinə direktorların seçilməsi üçün seçkilər payızda olacaq. Bununla bağlı bu günlərdə elan veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti