Azərbaycan, Bakı, 19 iyul /Trend/
Əmək bazarına nəzarətin gücləndirilməsi və qeyri-leqal məşğulluğun aradan qaldırılması barədə dövlət başçısının tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 6 ayında da konkret və məqsədyönlü tədbirlər həyata keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qeyd olunan müddətdə 5 mindən çox işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin edilib. Həmçinin, bu dövrdə işçilərə ödənilməsi gecikdirilmiş 355 421 manat vəsaitin ödətdirilməsi təmin olunub. Həmin vəsaitin 324 732 manatını gecikdirilmiş əmək haqları təşkil edib.
Cari ilin birinci yarısında qeyri-qanuni işdən azad edilmiş 16 nəfərin əvvəlki işinə bərpa etdirilməsi də təmin olunub.