Azərbaycan, Bakı, 20 iyul / Trend müxbir M.Əliyev/
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndələri Polşanın Krakov şəhərində keçirilən "İT texnologiyalarında ən yaxşı təcrübə" adlı təlim kursunda iştirak ediblər.
Trend-in məlumatına görə, bu barədə şənbə günü Şuradan bildirilib.
Təlim Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" (Youth in Action) proqramı çərçivəsində keçirilib. Tədbirdə Rumuniya, Rusiya, Ukrayna , Portugaliya, Polşa və başqa ölkələrinin fəal gəncləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.