...

Azərbaycanın Kənd Təsərrüfati Naziri Macarıstanın Kapoşvar Universitetinin Fəxri Doktor adına layiq görülüb

Cəmiyyət Materials 22 İyul 2013 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul / Trend, müxbir S.Əhmədova /

Macarıstanın Kapoşvar Universitetinin Senatının 2013-cü ilin iyun ayında qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov Macarıstanın Kapoşvar Universitetinin Fəxri Doktor adına layiq görülüb. Trend-in məlumatına görə, bu barədə Macarıstanın Azərbaycandakı Səfirliyi bildirib.

Məlumatda deyilir ki, Macarıstanın Kapoşvar Universiteti rektoru Ferenc Szavai Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasova məktub göndərib.

F.Szavay məktubunda naziri avqustun 1-dən Sentyabrın 30-a kimi Macarıstanın Kapoşvar Universiteti tərəfindən təşkil ediləcək Kapoşvarın VII Heyvandalıq Günlərinə dəvət edib.

F.Szavay qeyd edib ki, Fəxri Doktor diplomu həmin mərasimdə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti