...

Bakıda 241 avtoxuliqan saxlanılaraq məhkəməyə verilib

Cəmiyyət Materials 26 İyul 2013 14:07 (UTC +04:00)
Bu ilin 6 ayı ərzində Bakıda 241 avtoxuliqan saxlanılaraq məhkəməyə verilib. Trend-in məlumatına görə, bu barədə iyulun 26-da Bakı şəhər Baş Polis İdarəsində 2013-cü ilin 1-ci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.
Bakıda 241 avtoxuliqan saxlanılaraq məhkəməyə verilib

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İ.İzzət/

Bu ilin 6 ayı ərzində Bakıda 241 avtoxuliqan saxlanılaraq məhkəməyə verilib. Trend-in məlumatına görə, bu barədə iyulun 26-da Bakı şəhər Baş Polis İdarəsində 2013-cü ilin 1-ci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Məlumata görə, paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qabaqlayıcı profilaktiki tədbirlər ön plana çəkilmiş, yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə gücləndirilib, nəticədə qeydə alınmış hadisələrin sayı 13 fakt (503-dən 490-dək), yaralananların sayı isə 52 fakt (558-dən 506-dək) azalıb, qeydə alınan 152 ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 93,7 faizinin açılması təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti