...

Azərbaycanda ünvanlı sosial yardımla bağlı müraciətlər iki dəfədən çox azalıb

Cəmiyyət Materials 26 İyul 2013 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması istiqamətində görülən ardıcıl tədbirlər, habelə mütəmadi olaraq vətəndaş qəbullarının keçirilməsi nəticəsində vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımı ilə bağlı nazirliyə və müxtəlif instansiyalara ünvanlanan müraciətlərin sayında kəskin azalma özünü göstərir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar ayında ünvanlı sosial yardımla bağlı 954 müraciət daxil olduğu halda, iyun ayında qeyd olunan müraciətlərin sayı 466-a enib.

Həmçinin, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk yarısında belə müraciətlərin sayında 23,4 faiz azalma özünü göstərib.

Qeyd edək ki, müraciətlərin bir qismi sorğu xarakterli olduğundan onları ünvanlayan şəxslərə müvafiq izahatlar verilib. Həmçinin, ayrı-ayrı müraciətlərdə əksini tapan haqlı irad və narazılıqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə konkret tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti