...

Çimərlik həvəskarlarının nəzərinə: İstirahət günü Bakıda güclü şimal küləyi əsəcək

Cəmiyyət Materials 27 İyul 2013 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/

Bakıda istirahət günü yenidən güclü şimal küləyi əsəcək, temperatur nisbətən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 28-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Hava dəyişkən buludlu və yağmursuz olacaq.

İyulun 28-də Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə olacaq. İyulun 29-da da paytaxtda küləkli sərin hava şəraiti hökm sürəcək.

Azərbaycanın rayonlarında iyulun 28-də hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam saatlarında dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Havanın temperaturu gecə 19-24, gündüz 28-35 dərəcə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti