Azərbaycan, Bakı, 31 iyul /Trend/
İctimai nəqliyyatda gediş haqqı tariflərinin artırılmasına etiraz edən fəallar Yerevan meriyasının Nəqliyyat idarəsinin rəisi və "Yerevantrans"ın direktorunun vəzifədən azad edilməsi tələbi ilə paytaxt küçələrində vərəqələr paylayırlar.
Trend Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bununla yanaşı, Yerevan meriyasının binası qarşısında adıçəkilən şəxslərin vəzifədən azad edilməsini tələb edən oturaq tətil davam edir.