...

Rabitə Nazirliyi mobil operatorları məhkəməyə verir

Cəmiyyət Materials 1 Avqust 2013 12:31 (UTC +04:00)
Hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqi ləngiyir.
Rabitə Nazirliyi mobil operatorları məhkəməyə verir

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir H.Vəliyev/

Hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən "Mobil Nömrələrin Daşınması Sistemi"nin tətbiqi ləngiyir. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulub. Bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunub və dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, MNP xidməti operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Bu, abonentlərə operatoru dəyişəcəyi təqdirdə, öz telefon nömrələrini saxlamaq imkanı verəcək ki, bu da onları öz yaxınlarını və işgüzar tərəfdaşlarını nömrənin dəyişilməsi barədə məlumatlandırmaqdan azad edəcək.

Nömrələrin köçürülməsi xidmətinin tətbiqi rəqabəti artıra bilər, belə ki, operatorlar öz əvvəlki abonentlərini saxlamaq üçün əlavə cəhdlər etməyə və yeni müştərilərin cəlb olunması üçün daha cəlbedici xidmətlər göstərməyə vadar olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti