...

"Garant Holding" iftar aksiyası keçirir (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2013 13:23
“Garant Holding iftar süfrəsinə start verir” aksiyası artıq dünən, avqustun 1-də start götürdü. Holdinqin baş ofisi daxil olmaqla 9 şirkətin: Qarant Sığorta, Azbentonit, M-Trans, Royal Estate, Ucar Aqro, Avtomedia, Transeurocom, AzPOD, Meridian Hotel-in əməkdaşl arı paytaxtın 10 nöqtəsində yerləşən svetofor və dayanacaqlarda iftar vaxtına gecikən sürücü və piyadalara iftar açmaq ən vacib hesab olunan su və xurma payladı. Bu barədə cümə günü Trend-ə holdinqdən məlumat verilib.
"Garant Holding" iftar aksiyası keçirir (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 avqust /Trend /

"Garant Holding iftar süfrəsinə start verir" aksiyası artıq dünən, avqustun 1-də start götürdü. Holdinqin baş ofisi daxil olmaqla 9 şirkətin: Qarant Sığorta, Azbentonit, M-Trans, Royal Estate, Ucar Aqro, Avtomedia, Transeurocom, AzPOD, Meridian Hotel-in əməkdaşl arı paytaxtın 10 nöqtəsində yerləşən svetofor və dayanacaqlarda iftar vaxtına gecikən sürücü və piyadalara iftar açmaq ən vacib hesab olunan su və xurma payladı. Bu barədə cümə günü Trend-ə holdinqdən məlumat verilib.

Şirkət əməkdaşları R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsi, C.Cabbarlı küç 44 - Caspian Plazanın qarşısı,Elmlər Akademiyası metrosu, Avtovağzal, Azadlıq pr. C.Cabbarlının heykənin qarşısı, Vaqif pr, Azneft dairəsi, Xırdalan dairəsi, 20 Yanvar metrosu və Nərimanov metrosu yaxınlığında qərarlaşaraq aksiyanın ilk gününü uğurlar başa vurdu. "Garant Holding iftar süfrəsinə dəvət edir" aksiyası bu gün, avqustun 2-də davam olunacaq. Ilk gündən fərqli olaraq bu gün saat 20:30-dan etibarən 28 May metrosunun yaxınlığında, C.Cabbarlının heykəli qarşısında üzərində Garant Holding-in loqo və şüarı əks olunan çadır quraşdırılacaq. Su, xurma, ayran və yüngül yemək paylanılacaq çadıra hər kəs qonaq ola bilər.

Bundan başqa, holdinqin 9 şirkəti aşağıdakı ünvanlarda yenə svetofor və dayanacaqlarda su və xurma paylamağa davam edəcək: Memar Əcəmi metrosu istiqaməti, Caspian AVM-nin yaxınlığı, Kukla Teatrının qarşısı, Elmlər Akademiyası metrosu, R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsi, Nərimanov metrosunun qarşısı, S.Vurğun bağı, Xırdalan dairəsi, 20 Yanvar metrosunun qarşısı.

Garant Holding-in iftar süfrəsinə Siz də qonaq olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti