...

Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Avqust 2013 12:28 (UTC +04:00)
Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında gündüz 30-32, Aran rayonlarında 31-36, dağlıq rayonlarda isə 19-24 dərəcə isti olacaq.
Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir M.Əliyev/

Yaxin iki gün ərzində Azərbaycan ərazisində mülayim hava şəraiti davam edəcək, lakin temperatur ötən günlə müqayisədə 2-4 dərəcə yüksələcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 30-32, Aran rayonlarında 31-36, dağlıq rayonlarda isə 19-24 dərəcə isti təşkil edəcək.

Məlumata görə, avqustun 6-sı və 7-də Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək, lakin avqustun 6-da günün birinci yarısında bəzi şimal rayonların azmüddətli yağış yağacaq.

Bakıda və Abşeron yarımadasında avqustun 6-da dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında gecə 18-23, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında avqustun 6-da hava əsasən yağmursuz olacaq, lakin günün birinci yarısında Böyük Qafqaz ərazisində qısamüddətli az yağış yağacaq. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti