...

Ramazan bayramı günlərində Azərbaycanda hava şəraiti pisləşəcək, bəzi ərazilərdə leysan olacaq

Cəmiyyət Materials 6 Avqust 2013 13:49
Ramazan bayramı günlərində Azərbaycanda hava şəraiti dəyişərək qeyri-sabit keçəcək, yağmurlu olacaq və temperatur nisbətən enəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Ramazan bayramı günlərində Azərbaycanda hava şəraiti pisləşəcək, bəzi ərazilərdə leysan olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir M.Əliyev/

Ramazan bayramı günlərində Azərbaycanda hava şəraiti dəyişərək qeyri-sabit keçəcək, yağmurlu olacaq və temperatur nisbətən enəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, avqustun 8-i günün ikinci yarısından axşama doğru şimal rayonlarından başlayaraq hava şəraiti dəyişəcək. Yağmurlu, qeyri-sabit hava şəraiti avqustun 10-u günorta saatlarınadək davam edəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 8-i və 9-u şimal küləyi əsəcək, arabir güclənəcək. Əsasən gecə və səhər saatlarında Bakının bəzi ərazilərində yağış yağacaq. Tempertur isə 3-4 dərəcə enəcək.

Azərbaycanın rayonlarında isə avqustun 8-i axşamdan avqustun 10-u günorta saatlarınadək əsasən gecə və axşam saatlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Böyük Qafqazın dağlıq ərazilərində yağıntıların leysan xarakteri alacağı gözlənilir.

Qeyd edək ki, paytaxtda və yarımadada havanın temperaturu sabah gecə 19-23, gündüz 30-34 dərəcə isti olacaq. Məlumata görə, avqustun 7-də ölkənin regionlarında əsasən yağmursuz hava şəraiti gözlənilir, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 31-36 dərəcə isti, dağlıq rayonlarda isə gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda Ramazan bayramı günləri avqustun 8-i və 9-u qeyd ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti