...

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti dəfə narkotik vasitə aşkarlanıb

Cəmiyyət Materials 10 Avqust 2013 15:45 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə avqustun 10-da Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti dəfə narkotik vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir E.Mehdiyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə avqustun 10-da Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, keçirilən reyd zamanı qoruğun ərazisindəki baldırğanlıq adlanan sahənin 7 yerində nazirliyin əməkdaşları naməlum şəxslər tərəfindən qanunsuz olaraq 147 çətənə kolunun əkilib becərilməsi və onlara avrotexniki qulluq göstərilməsi faktını aşkar edib.

Həmçinin, həmin sahədə 1 ədəd çadır, 1 ədəd qaz balonu, yataq ləvazimatı və suvarmaq üçün boru taplıb.

Faktla bağlı ETSN tərəfindən dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat verilib. Hazırda araşdırma aparılır. Nazirlik əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Xatırladaq ki, 7 avqust 2013-cü il tarixində də ETSN əməkdaşları tərəfindən keçirilən reyd zamanı Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisindəki Aralıq meşəssinin Sarıkənd sahilində də naməlum şəxslər tərəfindən qanunsuz olaraq çətənə kolunun əkilib becərilməsi və onun avrotexniki qulluq göstərilməsi faktı aşkar olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti