...

Azərbaycanda yeni əməliyyat həyata keçirilib

Cəmiyyət Materials 12 Avqust 2013 15:06 (UTC +04:00)
zərbaycanda ilk dəfə beyin anevrizması endovaskulyar əməliyyatı (kəllə sümüyü açılmadan damar daxilindən əməliyyat) zamanı “pipeline stent” implantasiyası həyata keçirilib.
Azərbaycanda yeni əməliyyat həyata keçirilib

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə beyin anevrizması endovaskulyar əməliyyatı (kəllə sümüyü açılmadan damar daxilindən əməliyyat) zamanı "pipeline stent" implantasiyası həyata keçirilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, türkilyəli professor Əhməd Məmişin rəhbərliyi ilə Respublika Müalicə-Diaqnostika Mərkəzinin və Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasında beyin qanaxmalarının ən əsas səbəblərindən olan anevrizma xəstəliyinin qapalı endovaskulyar əməliyyatı ilə müalicəsi dünyada ancaq inkişaf etmiş mərkəzlərdə istifadəsinə icazə verilən "pipeline stent" implantasiyası nəticəsində həyata keçirilib.

İki dəfə beyindaxili qanaxma keçirmiş olan 24 yaşlı xəstəyə daxili yuxu arteriyasının beyni qidalandıran ən uc hissəsindəki böyük anevrizma diaqnozu qoyulub. Bud arteriyasında açılan 2 millimetrlik deşik vasitəsilə damar daxilindən kəllə arteriyalarının içinə daxil olunub və arteriyadakı balonlaşmanın ağzı "pipeline stent" implantasiyası ilə bağlanıb. Nəticədə anevrizmanın təkrar qanaxma verməsinin qarşısı alınmış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti