...

Təhsil Nazirliyi bəzi məlumatlara aydınlıq gətirdi

Cəmiyyət Materials 14 Avqust 2013 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi son günlər bəzi kütləvi informasiya vasitələrində onlara istinadən verilən bəzi məlumatları təkzib edib. Trend-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bir sıra KİV-də Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələri rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında tapşırıqlar verilməsi ilə bağlı yanlış informasiyalar yer alıb.

Təhsil Nazirliyi heç bir əsası olmayan belə məlumatları təkzib edir və reallıqdan uzaq informasiyaların yayılmasının yolverilməz olduğunu nəzərə çatdırır.

Təhsil müəssisələrində davamiyyət məsələsi hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Ancaq bu, müvafiq qanunvericilik və milli-mənəvi dəyərlərimizə hörmət əsasında həyata keçirilir: "Təhsil Nazirliyi KİV-lə əməkdaşlığın şəffaflıq və qarşılıqlı hörmət əsasında təşəkkül tapmasına çalışır. Təəssüflə bildiririk ki, bəzən KİV-də sensasiya naminə mənbəyi məlum olmayan məlumatlara da təsadüf edilir. Təhsil Nazirliyi belə arzuolunmaz hallara yol verən kütləvi informasiya vasitələrini məsuliyyətli olmağa və mövcud əlaqələri daha da inkişaf etdirməyə çağırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti